75 gün əvvəl itkin düşmüş sahibini tapmalıdır
75 gün əvvəl itkin düşmüş sahibini tapmalıdır
Yusif Nəzərli
10:14 01.09.2023
Dünya
649
İtə çip taxıldı
İtkin düşmüş sabiq bank işçisinin tapılacağına ümidlər artıb. Buna səbəb 75 gün əvvəl itkin düşmüş sabiq bank işçisi Korhan Berzegin köpəyinin geri dönməsidir.
“Sherg.az”a “NTV.com.tr”yə istinadən xəbər verir ki, məmləkəti Balıkəsirdə istirahət edən K.Berzeg iyunun 17-si gəzintiyə çıxarkən Doberman cinsindən iti Tina da yanında olub. İtiylə birlikdə gəzintiyə çıxan K.Berzeg saatlar, günlər keçsə də geri dönməyib. Amma Tina bu günlərdə evə qayıdıb. Bu isə sabiq bank işçisinin axtarışlarının yenidən sürətlənməsinə təkan verib. Xilasedicilər qərara gəlib ki, Tinaya çip taxılsın, bunun sayəsində itin davranışları, hara gedib-gəldiyi təqib edilsin. Xilasedicilər hesab edir ki, Tina onları sahibinin olduğu yerə apara biləcək yeganə canlıdır.
İtkin şəxsin axtarışları məqsədilə də Tinaya GPS cihazı taxılıb. K.Berzeg ABŞ-də uzun müddət Dünya Bankında Asiya Bölməsi direktoru olaraq çalışıb. Təqaüdə çıxdıqdan sonra Türkiyəyə gəlib və İstanbul Böyükadada məskunlaşıb. May ayında isə həyat yoldaşı Ahgela Berzeg ilə birlikdə məmləkəti Balıkəsirin Gönən bölgəsində, Armudlu məhəlləsindəki evinə gəlib. Burada yay aylarını keçirməyi planlaşdıran sabiq bank işçisi bir gün gəzintiyə çıxıb və hələ də ondan heç bir xəbər alınmayıb. K.Berzegin itkin düşməsi xəbəri verildikdən sonra xilasedicilər tərəfindən ərazidə geniş axtarışlara başlanılıb. K.Berzegin nə dirisi, nə də ölüsü tapılıb. Onun harada olduğu müəmmalı qalır.
Tinanın geri dönməsi isə sahibinin də tapılacağına inamı artırıb. K.Berzegin həyat yoldaşı bu xəbəri eşitdikdən sonra evlərinə gəlib və iti təhvil alıb. Məlum olub ki, Tina bu günlər ərzində baxımsız vəziyyətdə olmayıb. Kimsə onu bəsləyib, yedirib. Bu faktın özü də sual yaradır ki, kim Tinanı bəsləyib? Bu şəxslər sabiq bank işçisini girov saxlayanlar ola bilərmi? Yaxud da Tina sadəcə, hansısa mərhəmətli insanın qarşısına çıxıb və onu bəsləyiblər. İtin nəylə bəsləndiyini müəyyənləşdirmək üçün qan və nəciz nümunəsi alınıb. Hazırda bütün bu variantlar üzərində düşünülür, eyni zamanda çip taxılmış Tina da müşahidə altındadır. Xilasedicilər Tinanın iziylə gedəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət