Türkiyədə deputat Mustafa Sarıgülün ailə üzvləri ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Emir Sarıgül ev dustaqlığına buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Türkiyədə tanınmış şəxslərlə bağlı istintaq: Sibel Canın sevgilisi barəsində də saxlanılma qərarı verildi - Foto
İstanbul Respublika Baş Prokurorluğunun "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması (leqallaşdırılması)" ittihamı üzrə apardığı araşdırma çərçivəsində Abdurrahman Emir Sarıgül barəsində saxlanılma qərarı çıxarılıb.
O, oktyabrın 18-də vəkili ilə birlikdə Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə gedərək təslim olub.
Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən Sarıgül oktyabrın 21-də hakim qərarı ilə həbs edilib.
İntim videoları yayılan türkiyəli deputat istefa verdi - Foto
Məhkəmənin son qərarına əsasən, onun barəsində ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri seçilib və o, həbsdən azad olunub.
Qeyd edək ki, bir müddət əvvəl Emir Sarıgülün Türkiyənin məşhur müğənnisi Sibel Canla sevgili olduğu və hətta evlənəcəkləri barədə xəbərlər yayılmışdı.