İranın xarici işlər naziri Abbas Əraqçi Omanın paytaxtı Məşqətə yollanıb.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai "X" hesabında məlumat yayıb.
“Xarici işlər naziri Əraqçi diplomatik missiyaya rəhbərlik edərək ABŞ-la nüvə proqramı üzrə danışıqlar aparmaq üçün Maskata yola düşüb. Bu diplomatik görüş nüvə məsələsi üzrə ədalətli, qarşılıqlı faydalı və dürüst anlaşmanın əldə olunması məqsədi daşıyır”, – deyə o bildirib.