"Əgər bizim enerji obyektlərimiz hədəf alınarsa, biz də ABŞ şirkətlərinin regiondakı müəssisələrinə zərbə endirəcəyik".
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Al-Araby Al-Jadeed" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, amerikalılar İranın "Şahid" dronlarına tam bənzəyən "Lukas" adlı yeni aparatlar hazırlayıblar:
"Ərəb ölkələrindəki bəzi hədəflər məhz bu dronlarla vurulur ki, günah İranın üzərinə atılsın. Ərəb ölkələri ilə İran arasındakı münasibətləri pozmaq üçün mülki hədəflərə hücumların arxasında İsrail dayana bilər".