
Abdullah Ağar: Türkiyəni günahlandırmaq işin ən rahat tərəfidir
09:35 17.12.2024
Dünya
771
ABŞ Türkiyə və müttəfiqlərinin sərhəd yaxınlığında mövcudluğunu artırdığı üçün Suriyada hərbi əməliyyat planlaşdıra biləcəyindən narahatlığını ifadə edib.
Bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.
“Türkiyə və silahlılar Suriya ilə sərhəddə qüvvələr toplayır və Vaşinqton Ankaranın suriyalı kürdlərin əlində olan ərazilərə genişmiqyaslı hücuma hazırlaşa biləcəyi barədə həyəcan təbili çalır. Toplanan qüvvələrə Türkiyə ilə şimal sərhədində yerləşən Ayn əl-Ərəb (Kobani) şəhəri yaxınlığında çoxlu sayda cəmləşmiş silahlılar, Türkiyə xüsusi təyinatlıları və artilleriya daxildir”, - məlumatda deyilib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Al Hadath” televiziyasına müsahibəsində deyib ki, Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib. Nazirin sözlərinə görə, Türkiyə bu prosesin bir parçası olmayıb.
Bundan əlavə, Fidan bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın üçüncü ölkələrin vasitəçiliyi ilə dəfələrlə cəhd etməsinə baxmayaraq, Türkiyə tərəfi ilə görüşdən imtina edib.
Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar "Sherg.az"a bildirib ki, Türkiyənin bu münasibətlərdə istədikləri ortadadır:

"Suriyada baş verənlərin təsiri İranda özünü çox mənfi göstərir. Rusiyada isə bir qrup siyasətçilər və ruslara yaxın olduğu iddia edilənlər Bəşər Əsəd rejiminin devrilməsində Türkiyəni səbəbkar görür. Əslində Türkiyənin dəyişən vəziyyətə doğrudan təsiri yoxdur. Sadəcə olaraq Qəzza müharibəsinin başlaması fonunda Suriyada ortaya çıxan bir güc boşluğu var idi. Bunu isə HTŞ doldurdu. Amma məsələyə HTŞ ilə bərabər hərəkət edən digər qruplar və münaqişəyə daxil olan başqa klanların da olduğunu nəzərə alaraq baxmaq lazımdır. Digər tərəfdən İran çox böyük bir qırılma yaşayıb. Buna görə də onun Qəzzaya uzanan xətdə, xüsusilə də Liviya və Suriyada qırılma yaşadığı üçün Türkiyəni günahlandırması normaldır. Yəni bu, öz daxilində sadəcə bir iddiadır. Amma ümümi görüntüyə daha düzgün baxmaq lazımdır".
Ekspert deyib ki, Olanların təməl səbəbi İranın mübarizədən məğlub olaraq ayrılmasıdır:
"Eyni zamanda rus politoloqlarının irəli sürdüyü mülahizələr reallığı əks etdirmir. Amma bu fikirlər üzərindən bir mesaj verilməsi mümkündür. Çünki Ukrayna və Qəzzadakı münaqişə rusların bu coğrafiyadakı mövcudluğuna çox güclü bir şəkildə təsir etdi. Yaranan güc boşluğu isə təbii olaraq Rusiyanın buradakı geopolitik mənfəətləri üzərində təzyiq yaratdı. Türkiyəni günahlandırmaq isə işin ən asan tərəfidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual