ABŞ bir neçə günə İrana qarşı kürdlərə hərbi dəstək verməyə başlaya bilər

ABŞ bir neçə gün ərzində İranda hökumətə qarşı olan kürd silahlı dəstələrinə hərbi dəstək verməyə başlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.

Portalın məlumatına görə, ABŞ rəhbərliyi hazırda belə bir qərarı dəstəkləyən arqumentləri nəzərdən keçirir və kürd qüvvələrinin aktivləşməsinin potensial risklərini qiymətləndirir.

ABŞ Prezidenti Donald Tramp bundan öncə “Reuters”ə verdiyi müsahibədə hökumət əleyhdarı kürd qüvvələrinin mərkəzi hakimiyyətə qarşı mübarizəyə başlamasını alqışlayacağını bildirmişdi. Amma o, Vaşinqtonun kürdlərin mümkün hərəkətlərində iştirakı ilə bağlı şərh verməkdən imtina etmişdi.