ABŞ Hərbi Dəniz Qüvvələri bu həftənin əvvəlində tətbiq edilən blokadadan bəri İranla əlaqəli 8 neft tankerinin hərəkətini dayandırıb.
Bu barədə “The Wall Street Journal” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, tankerlər İran limanlarına daxil olub və ya oradan çıxıb. ABŞ qüvvələri radio vasitəsilə onlarla əlaqə saxlayaraq geri dönməyi tələb edib və bütün gəmilər bu göstərişə əməl edib.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ABŞ İran istiqamətində və İrandan dəniz yolu ilə həyata keçirilən iqtisadi ticarəti dayandırıb.