ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək

ABŞ administrasiyasının terrorizmlə mübarizə üzrə yeni strategiyası “Birinci Amerika” şüarı ilə BMT-yə təqdim olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts məlumat verib.

“Biz narkotik kartellərindən, cihadçı qruplardan və onları dəstəkləyən hökumətlərdən gələn təhdidə son qoymalıyıq”, - diplomat bildirib.