ABŞ Çin münasibətləri bir görüşlə həll olunmaz - Politoloq
13:17 13.11.2023
Dünya
522
Amerikanın əsas qorxusu Çinin Tayvanı ələ keçirməyə çalışmasıdır
ABŞ-nin milli təhlükəsizlik müşaviri Jake Sullivan, prezident Co Baydenin noyabrın 15-də çinli həmkarı Sİ Cinpin ilə görüşü zamanı iki ölkə arasında hərbi əlaqələrin bərpası üçün təzyiq göstərəcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, CBS televiziyasında yayımlanan "Face the Nation" proqramında qonaq olan Sullivan, Bayden və Sİ Cinpin arasında noyabrın 15-də San-Fransiskoda keçiriləcək görüşü dəyərləndirib.
Sallivan, "Prezident (Bayden) hərbi əlaqələri bərpa etməkdə qərarlıdır, çünki bunun ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu düşünür. Bu tip kommunikasiya kanallarına ehtiyacımız var. Səhv, yanlış hesablama və anlaşılmazlıq olmasın" -deyə şərh verib.
Bu əlaqələrin bütün səviyyələrdə qurulmasının mümkün olduğunu vurğulayan Sullivan əlavə təfərrüatlar verməkdən çəkinib.
Məsələni "Sherg.az"a şərh edən politoloq Elxan Şahinoğlu söyləyib ki, uzun fasilədən sonra ABŞ Prezidenti Co Bayden San-Fransiskoda keçrilən Sakit okean və Asiya ölkələrinin zirvə toplantısında Çin lideri Si Cinpin ilə görüşəcək:
"Görüş zamanı müxtəlif mövzular müzakirə olunacaq. Amma bir görüş sayəsində Çin və Amerika arasında fikir ixtilaflarının aradan qaldırılması mümkün deyil. Amerikanın əsas qorxusu Çinin Tayvanı ələ keçirməyə çalışmasıdır. Hətta Sİ Cinpin kommunist partiyasının iclasında açıq şəkildə demişdi ki, danışıqlar yolu ilə Tayvan qaytarılması güc yolu ilə bunu həll edəcəklər. Əgər bu baş tutsa, Amerika və Çin qarşıdurması qaçınılmazdır. Eyni zamanda Çin dövlətinin Rusiya ilə yaxın strateji əməkdaşlıq etməsi də Amerikanı narahat edən məsələlərdən biridir. ABŞ bu tərəfdaşlığın zəifləməsini istəyir, Çin isə onun istəyi ilə bundan imtina edən deyil".
Politoloq həmçinin, qeyd edib ki, Çinin Ukraynadakı işğalçı müharibədə Rusiyaya təsir göstərməməsi də Amerikanı narahat edən səbəblərdəndir:
"Burada da Çin tərafdaşı Rusiyanın maraqlarından çıxış edir. Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı da Co Bayden və Si Cinpin arasında fikir mübadiləsi olacaq. Hər iki tərəfin mövqeyi fərqlidir. Amerika müharibəni lokallaşdırmağa çalışır, Çin isə Rusiya ilə eyni mövqedən çıxış edir. Yəni istəyir ki, Amerikanın Yaxın Şərqdə problemləri daha da artsın. Cek Sallivanın hərbi əməkdaşlıq ilə bağlı çıxışına Çin razılaşmayacaq. Hazırda Çin bölgədə Rusiya ilə birgə hərbi təlimlər keçirir. Bu isə Amerikanın müttəfiqi olan Yaponiya, Cənubi Koreya və Avstraliyaya problemlər yaradır. Buna görə də həmin dövlətlər Amerika ilə Çinə qarşı siyasi və hərbi bloklar yaradıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya