TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.

Axar.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Atilla-Turan Nuru oğlu Bayramov həmin şöbənin müdiri təyin edilib.

Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib. Hüseynov İlham Həqiqət oğlu Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Bayramov Elvin Fikrət oğludur.

Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Adışirin oğlu Mirzəbəyli vəzifəsindən azad edilib. Onun yerinə Elza Rafiq qızı Əfəndiyeva adıçəkilən departamentin rəhbəri təyin olunub.