Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı

Zimbabvenin Kariba gölündə qayığın aşması nəticəsində ölənlərin sayı 92-yə yüksəlib.

Sherg.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı zamanı daha 8 nəfərin meyiti tapılıb. Bundan əvvəl qəza nəticəsində 80 nəfərin öldüyü açıqlanmışdı.

Axtarış işləri davam etdirilir.