ABŞ Nümayəndələr Palatası və Senatında 2026-cı ildə keçiriləcək seçkilər ərəfəsində ciddi kadr axını qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Məlumata görə, seçkilərə təxminən bir ildən az vaxt qalsa da, artıq 40-dan çox siyasətçi növbəti dəfə namizəd olmayacağını açıqlayıb. Bu dinamika son seçki dövrlərinin göstəricilərini üstələyir və Konqresdə genişmiqyaslı dəyişiklik ehtimalını gücləndirir.
Analitiklər hesab edir ki, siyasətçilərin bir qismi istefaya çıxmağı, digərləri isə başqa vəzifələrə yönəlməyi planlaşdırdığı üçün 2026-cı il seçkiləri, yenidən seçilmək istəməyən siyasətçilərin ən çox olduğu seçki dövrü kimi tarixə düşə bilər.