Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dakı danışıqlarda nümayəndə heyətinin əsas vəzifələrini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.
"Ukrayna nümayəndə heyətinin rəhbəri Rustəm Umerov komandası ilə artıq ABŞ-a yollanıb. O bu gün məruzə ilə çıxış edib və qarşıya qoyulan vəzifəsi aydındır: münaqişənin başa çatması üçün atılan addımların operativ və məzmunlu şəkildə müəyyən edilməsi", - Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna və Amerika konstruktiv formatda işləməyə davam edir və hər kəs Cenevrə görüşlərinin nəticələrinin ABŞ-da yekunlaşacağını gözləyir:
“Mən nümayəndə heyətimizin öz işi ilə bağlı bu bazar günü baş tutacaq hesabatını səbirsizliklə gözləyirəm. Ukrayna ləyaqətli sülh üçün çalışır”.