ABŞ-də Epşteyn qalmaqalı yenidən alovlandı: Tramp qəzəb içində
10:43 28.07.2025
Dünya
191
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Cefri Epşteynin işi ətrafında yaranmış qalmaqalla bağlı administrasiyasının hərəkətlərindən narazılığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
Nəşrin mənbələrinə görə, dövlət başçısı Epşteynin sənədlərinə ictimai marağın öz-özünə sönəcəyinə ümid edən hökumət üzvləri arasında yol verilən səhvlərdən və dəqiq davranış xəttinin olmamasından əsəbiləşib. Mənbələrdən biri nəşrə bildirib ki, bu cür problemlər Trampın komandasında mümkün kadr yenilənməsinə səbəb ola bilər, başqa bir mənbə isə bunun əksini iddia edərək, işdən çıxarılma ehtimalının az olduğunu iddia edir.
Mənbələrdən biri izah edib ki, işdən çıxarılma yaranmış problemi daha da gücləndirəcək.
Xüsusi diqqət Florida ştatının baş prokuroru Pem Bondiyə yetirilir, o, dəfələrlə Epşteynin işi ilə bağlı materialları ictimaiyyətə çatdırmaq niyyətində olduğunu bəyan edib, lakin o özü əlavə məlumat dərc etməkdən çəkinməyi tövsiyə edən sənədin hazırlanmasında iştirak edib. İctimai maraq artdıqca, Tramp şəxsən ondan əvvəllər məxfi sənədləri açıqlamasını tələb edib.
Keçmiş Ədliyyə Departamentinin rəsmisi və Corc Vaşinqton Universitetinin Hüquq fakültəsinin professoru Stiven Saltzberq hadisələrin gedişatını şərh edərək, hökumətin ictimai qəzəbin miqyasını lazımınca qiymətləndirməkdə səhv etdiyini bildirib. İndi onlar ictimaiyyətin diqqətini yayındırmağa və izahı çətin olan hərəkətlərə haqq qazandırmağa çalışıraq, çaşqınlıq vəziyyətindədirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm