ABŞ desant qüvvələrini Yaxın Şərqə göndərir

ABŞ Silahlı Qüvvələrinin 82-ci hava-desant diviziyasının komandanlığı Yaxın Şərqə göndəriləcək. Sherg.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı xəbər yayıb.

Məlumata görə, general-mayor Brendon Teqtmayyer və onun idarəetmə qrupu bölgəyə yerləşdirilmək üçün əmr alıb.

Bildirilir ki, ABŞ-ın daha əvvəl İran ərazisində, o cümlədən Xark adasının ələ keçirilməsi üçün quru qüvvələrdən istifadə imkanlarını nəzərdən keçirdiyi iddia olunurdu.

Ekspertlər isə qeyd edir ki, ABŞ-ın İranla qarşıdurmada aydın strategiyasının olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.

Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, Tehran isə cavab olaraq regiondakı hədəflərə zərbələr endirir.