ABŞ donanması Oman dənizində: CENTCOM fotolar paylaşıb

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Oman dənizində hərəkət edən “Abraham Lincoln” Aviadaşıyıcı Zərbə Qrupunun fotolarını paylaşıb.

Sherg.az xəbər verir ki, CENTCOM-un açıqlamasında bildirilib ki, “Abraham Lincoln Aviadaşıyıcı Zərbə Qrupu bu gün 2 hərbi təchizat gəmisi və 2 ABŞ Sahil Mühafizəsi gəmisinin müşayiəti ilə Oman dənizində üzmə fəaliyyəti həyata keçirib.”

Omanın paytaxtı Maskatda keçirilən dolayı ABŞ-İran danışıqlarından sonra ABŞ rəsmilərindən görüşlə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib. Bununla yanaşı, CENTCOM bölgədə yerləşdirilmiş USS Abraham Lincoln aviadaşıyıcısının Oman dənizindəki fəaliyyətinə dair fotolar yayımlayıb.

Sosial media üzərindən edilən açıqlamada qeyd olunub ki, “Abraham Lincoln Aviadaşıyıcı Zərbə Qrupu 2 hərbi təchizat gəmisi və 2 ABŞ Sahil Mühafizəsi gəmisinin müşayiəti ilə bu gün Oman dənizində üzmə fəaliyyəti həyata keçirib. Bu müddətdə 9-cu Aviadaşıyıcı Hava Qanadına bağlı təyyarələr də qrupun üzərində uçuşlar həyata keçirib.”

Açıqlamanın sonunda “güc yolu ilə sülh” ifadəsinə yer verilib.