
ABŞ Husilərin bəhanəsiylə Yəmənə zərbələr endirməyə davam edəcək -ANALİTİK
10:57 01.04.2025
Dünya
538
Amerika Birləşmiş Ştatları, Yəmənin şimalında husilərə qarşı zərbələr endirməyə davam edir. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Husi mediasının verdiyi məlumata görə, son 24 saat ərzində 15 zərbə endirilib. Husilərin sözçüsü həmçinin bildirib ki, hava hücumundan müdafiə qüvvələri yerli istehsal olan raketlə ABŞ-ın MQ-9 pilotsuz təyyarəsini vurub.
Hərbi-siyasi ekspert Həşim Səhrabli “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatları dünyada baş verən hadisələrə öz milli maraqlarından yanaşır:

“Ümumiyyətlə harada Amerikanın hərbi kontingenti, əsgərləri, iqtisadiyyatı və şirkətləri varsa, orada bir regional qarşıdurmadan söhbət getməlidir. Yəməndə olan məsələ də bundan ibarətdir. Yəməndə Amerika Birləşmiş Ştatları təkcə Husilərlə deyil, eyni zamanda regionda dünya təhlükəsizliyinə zidd olan İran rejimiylə də mübarizə aparır. Yəni iki imperial qüvvənin qarşıdurması var. Bir tərəfdə bütün müharibələrin iştirakçısı Amerika, digər yanda isə terrorizmi dəstəkləyən İrandakı fars rejimi dayanır. Əgər iki imperial qüvvə toqquşursa, bunun asanlıqla bitəcəyini gözləmək mümkün deyil. Ya bu qüvvələr arasında yekun müharibə olaraq hansısa tərəf qalib gəlməlidir. Lakin sözügedən vəziyyət də davamlı həll yolu deyil və 30-40 il sonra yenidən revanş siyasəti başlaya bilər. İkinci bir həll yolu isə tərəflərin kompramisə gedərək razılığa gəlməsidir. Belə olan halda hər iki tərəfin maraqları müəyyən mənada reallaşır. İndi isə regional faktorlara baxdıqda ABŞ və İran arasında ziddiyətlər o qədər təzadlıdır ki, yekun razılığa gəlmək mümkün görünmür. Ona görə də Husilərin bəhanəsiylə Amerikanın zərbələr endirməyə davam edəcəyinin şahidi olacağıq. İranın isə Husiləri dəstəkləyərək Amerikaya qarşı öz mövqeylərini qoruyacağını görəcəyik. Bu isə Donald Trampın İrana qoyduğu şərtlərdən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya