ABŞ-ın müharibə naziri: Müctəba Xamenei yaralanaraq şikəst qalıb

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei yaralanıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Heqsetin sözlərinə görə, Müctəba Xamenei böyük ehtimalla şikəst qalıb.

Heqset Müctəba Xamenenin dünən xalqa müraciətinə də toxunub: “O, dünən müraciət etdi, amma nə səsi, nə də görüntüsü var idi. Bu, yalnız yazılı bir bəyanat idi. İranın çoxlu kameraları və çoxlu diktofonları var - bəs niyə ancaq yazılı bəyanat? Düşünürəm ki, siz bunun səbəbini bilirsiniz. O, qorxur. O, yaralanıb, qaçır və legitimliyi yoxdur. Bu, onlar üçün tam xaosdur”.