ABŞ İran dronlarının istehsalı və tədarükünə cavabdeh bütün beynəlxalq şirkətlərə sanksiyalar tətbiq etdi
ABŞ İran dronlarının istehsalı və tədarükünə cavabdeh bütün beynəlxalq şirkətlərə sanksiyalar tətbiq etdi
Yusif Nəzərli
08:07 16.11.2022
Dünya
569
ABŞ Maliyyə Nazirliyi İrandan Rusiyaya tədarük olunan pilotsuz təyyarələrin istehsalı və nəqli ilə bağlı olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Ukraynaya qarşı müharibə üçün dronların alınması və istifadəsi ilə məşğul olan “Vaqner” özəl hərbi şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.
Bu barədə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova “Facebook” hesabında məlumat verib.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC - Office of Foreign Assets Control) İran dron istehsalçılarına sanksiya tətbiq edib. Sanksiyalar siyahısına dron istehsalçısı “Shahed Aviation Industries Research Center”, Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi ilə məşğul olan şirkətlər “Success Aviation Services FZC” və “i Jet Global DMCC”, Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə məşğul olan “Vaqner” özəl hərbi şirkəti daxil edilib”, - deyə o qeyd edib.
Eyni zamanda səfir vurğulayıb ki, dronların istehsalından tutmuş alınmasına və istifadəsinə qədər bütün proses zəncirinə sanksiyaların şamil olunması vacibdir.
Markarova bildirib ki, sanksiyalar Rusiya Federasiyasına dronların ötürülməsi ilə məşğul olan bütün beynəlxalq şirkətlərə şamil edilir.
“Və çox vacib olan əlavə məqam da odur ki, ABŞ Maliyyə Nazirliyi və ABŞ Ticarət Departamenti açıqlama verdi - şirkətlərə bu növ qeyri-qanuni fəaliyyətlə məşğul olmamaq üçün xəbərdarlıq edildi”, - deyə Markarova vurğulayıb.
O, tərəfdaşlara Putinin hərbi maşınının potensialının azaldılmasında dəstəyə görə təşəkkür edib.
Mənbə: UNIAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya