ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Vaşinqtonun Tehranla atəşkəs rejimini uzada biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, bu barədə Mayk Uolts "NBC News" telekanalına müsahibəsində danışıb.
Məlumata görə, Uolts bildirib ki, əgər tərəflər yaxın günlərdə sülh razılaşmasının şərtləri üzrə razılığa gələ bilməsələr belə, ABŞ atəşkəs rejimini uzada bilər. Onun sözlərinə görə, bütün variantlar hələ də müzakirə masası üzərindədir.
Diplomat əlavə edib ki, bu məsələ ilə bağlı yekun qərarı Donald Tramp verəcək. O qeyd edib ki, Tramp lazım gəldikdə eskalasiyaya getməyə, daha sonra isə gərginliyi azaltmağa hazır olduğunu göstərib.
Uolts həmçinin bildirib ki, ABŞ və İran arasında danışıqların yeni raundunun yaxın 24 saat ərzində başlaması gözlənilir.