ABŞ İranın hərbi gəmisini vurdu - 104 dənizçi həlak oldu

ABŞ-nin İranın hərbi gəmisinə hücumu nəticəsində 104 dənizçi həlak olub.

Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ sualtı qayığının İranın "IRIS Dena" hərbi gəmisinə hücumu nəticəsində 104 dənizçi həlak olub, 20 nəfər isə itkin düşüb.

İran dövlət televiziyasının verdiyi məlumata görə, gəminin göyərtəsində 136 heyət üzvü olub.

Gəminin hərbi təlimlərdən qayıdarkən vurulduğu qeyd edilib.