ABŞ Konqresində etiraz: keçmiş hərbçinin qolu sındı

ABŞ Konqresində İranın vurulmasına etiraz edən keçmiş dəniz piyadası serjantı Brian McGuinness saxlanılarkən polis tərəfindən qolu sındırılıb.

Sherg.az xəbər verir ki, hadisə Senatın iclası zamanı baş verib.

Məlumata görə, McGuinness “Xahiş edirəm, Amerika üçün ayağa qalxın, artıq heç kim İsrail üçün döyüşmək istəmir” deyə qışqıraraq etiraz edib. O, həmçinin “Fələstin azad olacaq” ifadəsini səsləndirib.

Polis etirazçını zaldan zorla çıxarmağa çalışarkən McGuinness müqavimət göstərib və bu zaman qolu qapıya sıxılaraq sınıb. Hadisə ilə bağlı görüntülər sülh tərəfdarı “CodePink” qrupunun sosial media hesablarında paylaşılıb.