ABŞ-la bunu müzakirə etməmişik - İran

İran ABŞ-la danışıqlar zamanı ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması məsələsini müzakirə etməyib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı iranlı mənbəyə istinadla məlumat yayıb.

“Danışıqlar zamanı nüvə sahəsindəki öhdəliklərimiz, eləcə də Vaşinqtonun sanksiyaların qaldırılması və iqtisadi əməkdaşlığa dair öhdəliyi müzakirə olunur. Danışıqlar zamanı İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması məsələsi müzakirə olunmayıb”, - mənbə bildirib.