ABŞ Maliyyə Nazirliyi iki Rusiya vətəndaşına tətbiq edilən sanksiyaları ləğv edib

ABŞ iki Rusiya vətəndaşını sanksiya siyahısından çıxarıb.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında məlumat verilib.

Sanksiyalar 2024-cü ilin mayında siyahıya daxil edilmiş Yuri və Lidiya Korjavinlərə qarşı ləğv olunub.

Bundan əlavə, bir Macarıstan və bir Özbəkistan vətəndaşı, eləcə də BƏƏ-də qeydiyyatdan keçmiş “Reliable Freight Services FZCO” nəqliyyat şirkəti də məhdudiyyətlərdən çıxarılıb.