ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır

Hər il Nobel Sülh Mükafatını almalı olan yeganə qurum ABŞ Silahlı Qüvvələridir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

"Biz təkcə ölkəmizin deyil, həm də bu dünyada bir çox insanın təhlükəsizliyinin qarantıyıq", - deyə o qeyd edib.

Heqsrt əlavə edib ki, onun işi Amerika qoşunlarının əməliyyatlarının maksimum ciddiliklə həyata keçirilməsini təmin etməkdir.