ABŞ Müdafiə naziri ilə bağlı şok iddia: müharibədən əvvəl milyonluq yatırım planı?

ABŞ Müdafiə naziri Pit Heqsetin İranla mümkün hərbi əməliyyatdan az əvvəl müdafiə sənayesi şirkətinə böyük məbləğdə yatırım etmək üçün əlaqə qurduğu iddia edilib.

Sherg.az xəbər verir ki, "Financial Times"ın məlumatına görə, bu məqsədlə BlackRock ilə danışıqlar aparılıb.

Lakin Pentaqon iddiaları qəti şəkildə təkzib edərək onları “tamamilə yalan və uydurma” adlandırıb və xəbərlərin ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını bildirib.