
ABŞ-nin Venesuela planı - sağı göstərib, solu vurmaq
Yusif Nəzərli
03:05 05.09.2025
Dünya
450
Vaşinqton Maduroya alternativ fiquru artıq müəyyənləşdirib
Venesuela ilə ABŞ arasında gərginlik pik həddə çatıb. ABŞ Venesuela sahillərinə yeddi hərbi gəmi, o cümlədən üç destroyer, bir sualtı qayıq və təxminən iki min dəniz piyadası göndərib. Rəsmi Vaşinqton əməliyyatı “narkotiklərlə mübarizə” adı altında təqdim etsə də, bəzi mənbələr əsl məqsədin Prezident Maduroya təzyiq göstərmək və ya onu aradan qaldırmaq olduğunu bildirir. Xüsusilə az əhalisi olan bölgələrdə narkotik istehsalı, habelə Rusiyanın tikdiyi yeni silah zavodları mümkün hədəf kimi göstərilir. Hətta bəzi iddialara görə, Maduro ABŞ tərəfindən terrorizmdə şübhəli bilinməsi səbəbindən pilotsuz uçuş aparatının hədəfinə çevrilə bilər. Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ABŞ əsassız bəhanələrlə ölkəyə müdaxilə etməyə çalışır, məqsəd isə Venesuelanın təbii sərvətlərini ələ keçirmək və ölkənin müstəqil inkişafına mane olmaqdır.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Tramp administrasiyası Venesuelaya qarşı sərt siyasət yürüdür və müxalifətə açıq şəkildə dəstək verir. Həmçinin, Maduro və ordusuna qarşı sanksiyalar tətbiq edir. Bununla belə, etiraf edilməlidir ki, Maduro da zəif fiqur deyil. Ekspert vurğulayıb ki, Maduro Rusiya və Çinlə sıx əlaqələrə malikdir və ABŞ üçün Latın Amerikasında risk daşıyan əsas liderlərdən biridir:

"Trampın bir tərəfdən Ermənistan-Azərbaycan danışıqları, digər tərəfdən Rusiya-Ukrayna münaqişəsində vasitəçilik, eləcə də İran-İsrail gərginliyindəki mövqeyini nəzərə alsaq, birdən-birə diqqətini Venesuelaya yönəltməsi “sağa baxıb, sola vurmaq” strategiyası kimi görünür. Doğrudur, atılan addımlar öncədən planlaşdırılır. Amma bu addımların beynəlxalq ictimaiyyətə və dünya siyasətinə ani və gözlənilməz şəkildə təqdim olunması ABŞ-nin xarici siyasətinin Tramp faktoru üzərindən qeyri-müəyyən görüntü almasına səbəb olur. Maduro bildirir ki, ABŞ Venesuelanın neftini, qazını, qızılını və digər təbii sərvətlərini pulsuz əldə etmək istəyir. Maduronun fikrincə, Venesuela yalnız təbii sərvətləri ilə yox, həm də anti-imperialist, yəni ABŞ təsirindən kənarda qalan müstəqil mövqeyi ilə seçilməlidir. Başqa sözlə, Maduro demək istəyir ki, “ABŞ sadəcə neft üçün gəlmir, onlar həm də ideoloji müstəqilliyimizə qarşı çıxırlar. İstəyirlər ki, biz boyun əyək, öz yolumuzdan dönək”.
T.Rzayev hesab edir ki, ABŞ ilkin mərhələdə Maduroya sadəcə təzyiq göstərmək istəyir:
"Kartellərlə mübarizə adı altında onun ən böyük gəlir mənbələri sıradan çıxarıla bilər. Bu da müxalifətin və rəqiblərinin əlini gücləndirər. Həmçinin, istisna deyil ki, Vaşinqton artıq Maduroya alternativ fiquru da müəyyənləşdirib. Amma bir məsələ dəqiqdir. Maduro Liviyanın devrilmiş lideri M.Qəddafinin taleyi ilə üzləşə bilər. ABŞ hərəkətə keçərsə, bəzi Latın Amerikası ölkələri, xüsusilə Kolumbiya bu prosesdə Vaşinqtona ilk dəstək verənlərdən olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya