ABŞ Ordusu: İrana qarşı hərbi əməliyyatı davam etdirə bilərik

“ABŞ Ordusu atəşkəs razılaşmasına uyğun olaraq hücum əməliyyatlarını dayandırıb, amma bölgədə yüksək hazırlıq vəziyyətində qalır”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının baş komandanı admiral Bred Kuper bildirib.

“ABŞ Silahlı Qüvvələri atəşkəsə uyğun olaraq hücum əməliyyatlarını dayandırıb, amma orada öz mövcudluğumuzu ayıq-sayıq şəkildə qoruyuruq, lazım gələrsə, hərbi əməliyyatları davam etdirməyə hazırıq. Həmçinin regional tərəfdaşlarımızla çiyin-çiyinə dünyanın ən müasir və ən böyük aktiv hava hücumundan müdafiə çətirini dəstəkləməyə davam edirik”, - admiral vurğulayıb.