ABŞ səfirindən Türkiyə–Yunanıstan münasibətləri ilə bağlı açıqlama

ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak iki ölkə arasındakı münasibətlərə dair fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, səfir ölkələr arasında tarixi məsələlərə görə davam edən gərginliyin məntiqi olmadığını vurğulayıb.

“Bir-birinə bağlı olan iki böyük ölkənin yüzlərlə, minlərlə il əvvəl baş verən hadisələrə görə hələ də narazılıq yaşaması məntiqə uyğun deyil”, - o qeyd edib.