ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei

ABŞ və İsrail İrana qarşı milli birliyi zəiflətmək məqsədilə media və psixoloji əməliyyatlardan istifadə edir

Axar.az xəbər verir ki, bu barədə İranin ali dini lideri Müctəba Xamenei “Fars” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, düşmənin üsullarından biri media əməliyyatlarıdır:

“Onlar ayrı-ayrı şəxslərin düşüncəsinə və psixologiyasına məqsədli təsir göstərərək ölkənin milli birliyini və təhlükəsizliyini sarsıtmağa çalışırlar. Vətəndaşları siyasi baxışlarından və milli fərqlərdən asılı olmayaraq diqqətli olmağa və düşmənin təsiri altına düşməməyə çağırram”,- o qeyd edib.