ABŞ vətəndaşlarına bu ölkələri tərk etməyə çağırış edilib

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan Amerika vətəndaşlarına təhlükəsizlik riskləri səbəbindən bölgəni kommersiya reysləri vasitəsilə dərhal tərk etməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə departamentin yaydığı təhlükəsizlik yeniləməsində bildirilib.

Açıqlamaya əsasən, çağırış Bəhreyn, Misir, İran, İraq, İsrail, İordan çayının qərb sahili və Qəzza, İordaniya, Küveyt, Livan, Oman, Qatar, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndə olan ABŞ vətəndaşlarına şamil olunur.

Bildirilib ki, ciddi təhlükəsizlik riskləri ilə əlaqədar vətəndaşlara mümkün qədər tez kommersiya nəqliyyatı vasitələri ilə bölgəni tərk etmək tövsiyə edilir.

Departament həmçinin qeyd edib ki, ölkədən çıxışla bağlı dəstəyə ehtiyacı olan şəxslər 24 saat fəaliyyət göstərən qaynar xəttlə əlaqə saxlaya bilərlər.