Afrika İttifaqı Qvineya-Bisaunun üzvlüyünü dayandırıb

Afrika İttifaqı hərbi çevrilişdən sonra Qvineya-Bisaunun təşkilata üzvlüyünü dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Təşkilatın Sülh və Təhlükəsizlik Şurası respublikada konstitusiya quruluşu bərpa olunana qədər Qvineya-Bisaunun onun orqanlarının və təsisatlarının işində hər hansı iştirakının dərhal dayandırıldığını elan edən qətnamə qəbul edib.

Qeyd edək ki, noyabrın 26-da Qvineya-Bisauda hərbçilər prezident Umaro Sissoku Embalonun deviriblər. Çevriliş iki namizədin qələbəsini elan edildiyi prezident seçkiləri fonunda baş verib.