
Ağ Ev İsrailyönümlü vasitəçi rolunda: ABŞ Qəzza zolağının yenidən qurulmasının tərəfdarıdır
13:13 16.09.2025
Dünya
387
İsrail-HƏMAS arasında 2023-cü il 7 oktyabr tarixində başlayan müharibə hələ də davam etməkdədir. Oktyabrın 7-si səhər saatlarında HƏMAS Qəzzadan İsrailə qarşı "Əl-Əqsa Tufanı əməliyyatı" adı ilə genişmiqyaslı hücuma başlayıb. Qəzza xalqı taleyindən xəbərsiz bir sabaha oyandı. Kimisinin "7 oktyabr" son sabahı olacaqdı. İsrailin əks-hücum əməliyyatı ilə HƏMAS-a cavabı səngimədi. Bundan sonra kütləvi informasiya vasitələri müharibə kabusu altında yaşayan milyonlarla insanın faciəli həyatından yazmağa başladılar. Son statistikaya görə, Qəzzada ölənlərin sayı 64.800-ə çatıb. Dünyanın ən böyük qəbirstanlığına çevrilən Qəzzada əhalinin 97 %-i təmiz içməli suya möhtac qalıb. Aclıqdan ölən uşaqların sayı isə 141 nəfəri keçib. İsrail müdafiə naziri İsrael Kats son açıqlmasında ordunun bölgədə missiyasının tam yerinə yetirənə qədər geri çəkilməyəcəyini vurğulayıb. İsrailin "Ynet" portalının yaydığı məlumata görə, İsrail ordusu Qəzza şəhərinə 20 dəqiqə ərzində 37 zərbə endirib.
Zərbələr nəticəsində bir sutka ərzində 62 nəfər həlak olub. Siyasətçilərin açıqlamalarına görə, Qəzzada humanitar böhran getdikcə daha da dərinləşir.
Mediada söz güləşdirən siyasətçilər üçün zamanın əhəmiyyəti olmasa da, Qəzzada keçən hər bir an yüzlərlə insanın ölümündən xəbər verir.
Müharibənin davam etdiyi bir vaxtda, beynəlxalq siyasi danışıqlar da sürməkdədir. Ötən gün Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
Danışıqlarda Qəzzadakı hərbi əməliyyatlar, humanitar böhran və HƏMAS tərəfindən saxlanılan israilli girovların taleyi müzakirə olunub.
HƏMAS isə son bəyanatında ABŞ və İsraili Qəzzadakı vəziyyəti qəsdən gərginləşdirməkdə ittiham edib.
Mövzu ilə bağlı danışan politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra elan edilən strategiyanın davamıdır:

"Rəsmi Təl-Əviv təhlükəsizliyinə təhdid yaradan bütün qüvvələri zərərsizləşdirənədək mübarizəni dayandırmayacağını bəyan edib. İsrailin mövqeyinə görə, HƏMAS liderləri xaricdə olsalar belə, onların sıradan çıxarılması əsas hədəflərdən biridir".
S.Soltan qeyd edib ki, hazırkı proses İsrailin iki il öncə açıqladığı strategiyanın davam etdiyini göstərir:
“Hadisələrin gedişatına baxanda görünür ki, İsrailə əməliyyatları yekunlaşdırmaq üçün müəyyən möhlət verilib. Bu, 6 ay və ya 1 il ola bilər, konkret vaxt demək çətindir. Lakin beynəlxalq ictimaiyyətin həm İsrailə, həm də ABŞ-yə sərt reaksiyaları şəraitində belə bir möhlətin verilməsi istisna deyil”.
Politoloqun fikrincə, bu prosesdə ABŞ-nin rolu xüsusi əhəmiyyət kəsb edir:
“Vaşinqton bir tərəfdən İsrailin təhlükəsizliyini təmin etmək və girovların azad olunmasına nail olmaq istəyir. Digər tərəfdən, ABŞ Qəzza zolağının yenidən qurulmasının tərəfdarıdır. Bu mənada Vaşinqton həm İsrailin maraqlarını qoruyur, həm də qarşı tərəfi danışıqlar masasına gətirmək üçün vasitəçi rolunda çıxış edir”.
Aybəniz Səfərova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə