Ağ Ev: Səudiyyə Ərəbistanı Trampın nüvə sazişi ilə bağlı şərtindən xəbərdardır

"Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın Ər-Riyad ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını ikitərəfli nüvə sazişi üçün şərt kimi irəli sürməsindən uzun müddətdir xəbərdardır".

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit ABŞ liderinin krallıqla nüvə enerjisi sazişinə dair son açıqlamalarını şərh edərkən deyib.

"Bildiyiniz kimi, sazişlər son olaraq Prezident tərəfindən təsdiqlənir. Donald Tramp dəfələrlə qeyd edib ki, Səudiyyə rəsmiləri "İbrahim Sazişləri"nə qoşulmasalar, heç bir saziş olmayacaq. Beləliklə, biz gələcəkdə də bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanındakı həmkarlarımızla danışıqları davam etdirəcəyik".