ABŞ Prezidenti Donald Trampın İrana münasibətdə diplomatiyadan başqa da seçimləri var.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
Onun sözlərinə görə, prezident tələblərini açıq şəkildə ifadə edib və “sıfır nüvə potensialı” mövqeyindədir.
"Tramp razılaşmanın mümkün olub-olmadığını görmək istəyir. İran tərəfi nəzərə almalıdır ki, ABŞ prezidentinin diplomatiyadan başqa da çoxsaylı variantları mövcuddur, çünki o, dünya tarixində ən güclü silahlı qüvvələrin baş komandanıdır", - Ağ Ev rəsmisi vurğulayıb.