Ağ Ev Venesuelaya zərbə endirmək üçün hüquqi əsas görmür
20:03 06.11.2025
Dünya
379
Donald Tramp administrasiyasının hazırda Venesuelaya zərbə endirmək planı və ölkədəki hər hansı quru hədəfinə hücumlar üçün heç bir hüquqi əsası yoxdur.
"Report" CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Ağ Evin hüquq məsləhəti ofisinin üzvü tərəfindən Konqres üzvləri üçün keçirilən məxfi brifinqlə tanış olan mənbələr bildiriblər.
Məxfi görüş zamanı qanunvericilərə Ədliyyə Nazirliyinin narkotik qaçaqmalçılığı ilə bağlı şübhəli gəmilərə zərbələri haqlı çıxarmaq üçün verdiyi rəyin Venesuelanın özünə və ya digər ərazilərə zərbə endirməyə əsas olmadığı bildirilib.
Mənbələr qeyd ediblər ki, sentyabr ayında narkotik qaçaqmalçılığı ilə bağlı şübhəli gəmilərə qarşı hərbi əməliyyatla bağlı əmr quru hədəflərinə şamil edilmir.
Tramp administrasiyası Ədliyyə Nazirliyindən bu cür zərbələrin Konqresin təsdiqi olmadan həyata keçirilməsinə icazə verən ayrıca hüquqi rəy istəyir, lakin mənbələr Venesuela ərazisinə hücumların həyata keçirilməsi ilə bağlı hələlik heç bir qərar verilmədiyini bildirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm