ABŞ ilə İran arasında gərginliyin artdığı vaxtda Ağ Ev rəsmilərinin mümkün hərbi əməliyyatda əvvəlcə İsrailin İrana zərbə endirməsinin siyasi baxımdan Vaşinqton üçün daha sərfəli olacağını düşündüyü iddia olunur.
Sherg.az xəbər verir ki, məlumata görə, İsrailin ilk hücumu İranın cavab addımına səbəb ola və bu da ABŞ ictimaiyyətinin mümkün hərbi əməliyyata dəstəyini artıra bilər.
ABŞ və İran diplomatik danışıqları Cenevrədə davam etdirməyə hazırlaşsa da, Vaşinqtonda hərbi əməliyyat ehtimalının gücləndiyi bildirilir. ABŞ tərəfi əsas hədəflər kimi İranın nüvə obyektləri və ballistik raket infrastrukturunu nəzərdən keçirir.
Ağ Ev isə bu iddialarla bağlı rəsmi şərh verməyərək yekun qərarın Prezident Donald Trampa məxsus olduğunu vurğulayıb.