Aİ-də uşaq fenomenlərə qarşı yeni qadağa gündəmdədir

Avropa İttifaqı sosial mediada pul qazanan uşaq fenomenlərin (“kidfluencer”) fəaliyyətinə ciddi məhdudiyyətlər gətirməyə hazırlaşır.

Sherg.az xəbər verir ki, tənzimləmə layihəsinə görə platformaların uşaqlara maddi və ya digər formada təşviq verməsi qadağan edilə bilər. Məqsəd, ailələrin yüksək gəlir umaraq uşaqları davamlı kontent istehsal etməyə məcbur etməsinin qarşısını almaqdır.

Fransa artıq 2020-ci ildən uşaq fenomenləri uşaq aktyorlarla eyni hüquqi statusa daxil edərək iş saatlarını və qazancın istifadəsini məhdudlaşdırıb. ABŞ-də bir neçə ştat da uşaqların gəlirlərinin qorunmasını qanuniləşdirib.

Ekspertlərə görə, “Brüssel effekti” səbəbilə yeni qaydalar dünya miqyasında da standart yarada bilər.