Almaniya İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri İohann Vadeful deyib.
“Federal hökumətin münaqişədə iştirak etmək kimi bir niyyəti yoxdur. Üstəlik, bizim lazımi hərbi resursumuz yoxdur. Lakin hərbçilərimiz hücuma məruz qalsalar, özlərini müdafiə edə bilərlər”, - xarici işlər naziri bildirib.