Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair sülh planı və onun məzmununu barədə mətbuatdan öyrənib.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” (NYT) məlumat yayıb.
Nəşr yazıb ki, kansler sülh planı haqqında ABŞ nümayəndələrindən eşitmək əvəzinə, bunu xəbərlərdən öyrənib. Bundan sonra Fridrix Mertsin komandası əlavə dəqiqləşdirmə üçün Donald Trampla telefon danışığını təmin etmək üçün Amerikaya bir neçə dəfə zəng etməyə məcbur olub.
Xatırladaq ki, ABŞ bundan əvvəl Ukrayna və Rusiyaya 28 bəndlik sülh planı təklif edib. Plan Ukraynadan Rusiyanın xeyrinə ciddi güzəştləri nəzərdə tutur. Kiyev təkliflə razılaşmayıb.