Almaniyada minlərlə insan Mertsin siyasətinə etiraz edib

Almaniyanın Marburq şəhərində təxminən 5 min nəfər kansler Fridrix Mertsin siyasətinə və sosial xərclərin azaldılması ehtimalına qarşı etiraz aksiyasına çıxıb.

Məlumata görə, nümayişçilər hökumətin planlaşdırdığı ixtisarların sosial təminata mənfi təsir göstərəcəyindən narahatdırlar. Aksiya müxtəlif sol qruplar, həmkarlar ittifaqları və “Solçular” partiyasının çağırışı ilə təşkil olunub.

Sherg.az xəbər verir ki, etirazçılar şəhər mərkəzində yürüş keçirərək Mertsin çıxış etdiyi binaya doğru irəliləyiblər. Bəzi iştirakçılar binaya boya paketləri atıblar.

Eyni zamanda, kanslerə tənqidlər təkcə küçələrdə deyil, hakim partiya daxilində də səslənib. Partiya nümayəndələri islahatların yükünün əsasən vətəndaşların üzərinə düşə biləcəyindən narahat olduqlarını bildiriblər.

Merts isə çıxışında dövlət pensiyalarının azaldılmayacağını və güclü pensiya sisteminin qorunacağını vurğulayıb.