Almaniyada yeni ictimai rəy sorğusu ifrat sağçıların gücləndiyini göstərir
Yusif Nəzərli
19:56 01.04.2025
Dünya
444
Almaniyada növbədənkənar federal seçkilərdən cəmi beş həftə sonra keçirilən yeni ictimai rəy sorğusu ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının reytinqinin artdığını göstərib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, AfD ilə seçkilərin qalibi olan Xristian Birlik (CDU/CSU) bloku arasındakı fərq cəmi bir faizə enib. CDU və CSU birlikdə rəyi soruşulanların 25 faizinin səsini alıb ki, bu da seçkilərdən sonra ciddi eniş deməkdir. Eyni zamanda, AfD 24 faizlik göstərici ilə partiya tarixində ən yüksək nəticəyə nail olub.
Xatırladaq ki, fevralın 23-də keçirilmiş seçkilərdə Birlik bloku 28,5 faizlə qalib gəlmişdi. AfD isə 20,8 faizlə ikinci olmuşdu.
Xristian Birlik bloku ilə koalisiya müzakirələrini davam etdirən Sosial Demokratlar Partiyası (SPD) də sorğuda geriləyib və 15 faizlik nəticə əldə edib. Yaşıllar 12 faiz, Sol Partiya isə 10 faiz dəstək qazanıb.
Bu nəticəyə əsasən, CDU/CSU və SPD birlikdə Bundestaqda çoxluğu əldə edə bilməz. Bunun üçün Yaşıllar və ya Sol Partiya da koalisiyaya daxil edilməlidir.
Sorğunun nəticələrinə görə, seçicilər arasında CDU/CSU-nun problemləri həll etmək bacarığına inam azalaraq 21 faiz olub. Halbuki, bu göstərici seçkilərdən dərhal sonra 27 faiz təşkil edirdi. Onu 12 faizlə AfD, 9 faizlə SPD, 7 faizlə Yaşıllar və 5 faizlə Sol Partiya izləyir. Respondentlərin 43 faizi isə heç bir partiyanın problemləri həll edə biləcəyinə inanmır.
Bundan başqa, Almaniya Kansleri vəzifəsinə əsas namizəd olan Fridrix Mertsin nüfuzu da azalıb. Hazırda respondentlərin cəmi 28 faizi ona etibar etdiyini bildirib. Bu göstərici dekabrın əvvəlində 36 faiz idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya