
Amerikanın ən böyük şəhərinə ilk müsəlman mer seçilib -RƏY
08:11 07.11.2025
Dünya
483
Professor: “Mamdaninin qələbəsi yalnız Nyu-York üçün deyil, bütün dünya üçün mesajdır”
ABŞ-də keçirilən seçkilərin nəticələrinə əsasən, 34 yaşlı Demokratlar Partiyasının müsəlman nümayəndəsi Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib. Mamdani seçkilərdə keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasının nümayəndəsi Kertis Sliva üzərində qələbə qazanıb. Yeni mer bu vəzifədə sentyabr ayında namizədliyini geri götürən, lakin adı seçki bülletenlərində qalan Erik Adamsı əvəz edəcək. 34 yaşlı Zohran Mamdani son yüz il ərzində Nyu-York şəhərinə rəhbərlik edən ən gənc mer kimi tarixə düşüb. O, eyni zamanda, şəhərin ilk müsəlman meri olub. Uqanda və Hindistan əsilli Mamdani özünü sosialist kimi təqdim edir. Beş yaşında ikən ailəsi qısa müddətə Uqandanı tərk edərək, Cənubi Afrikaya köçüb və iki il sonra Nyu-Yorka gəlib. Anası Mira Nair məşhur hind-amerikalı rejissoru, atası Mahmud Mamdani isə hindəsilli Uqanda alimidir. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Nyu-York şəhərinin mer seçkilərində demokrat Zohran Mamdaninin qələbəsi ABŞ-nin suverenliyinin itirilməsi deməkdir. Tramp bu məsələ ilə məşğul olacağını deyib.
Bakı Dövlət Universitetinin professoru Əlimusa İbrahimov Sherg.az-a deyib ki, Zöhran Mamdaninin Nyu-York şəhərinin meri seçilməsi onun şəxsi keçmişi və təmsil etdiyi mütərəqqi siyasi hərəkata görə tarixi bir hadisədir. Politoloq vurğulayıb ki, 34 yaşlı Mamdani Amerikanın ən böyük şəhərinin ilk müsəlman meridir:

"Mamdaninin qələbəsi yerli seçkilərdən daha fövqəladə bir hadisə kimi qəbul edilir. Bu, həm də Amerikada dəyişməkdə olan siyasi konyukturanın siqnalıdır. Onun qələbəsi demokratik sosialist qüvvələr üçün milli platforma rolunu oynayacaq. Amerikanın ən böyük şəhərində baş verən bu tarixi hadisə dünya dövlətləri və mütərəqqi cəmiyyətlər tərəfindən diqqətlə izləniləcək. Mamdaninin əldə edəcəyi uğurlar Amerikanı yeni, bu vaxta qədər bu ölkədə mövcud olmayan istiqamətə yönəldəcək. Lakin tənqidçilər onun siyasətinin şəhər iqtisadiyyatına zərər verə biləcəyindən narahatdırlar. Nyu-York kimi liberal bir qaladan kənarda onların cəlbediciliyini şübhə altına alırlar".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm