
Analitik: Kalının HƏMAS-la təması Ankaranın məlumatlı qərar verməsinə imkan yaradır
14:53 06.11.2025
Dünya
290
Qarantor ölkələrin Qəzzada atəşkəsin pozulmaması üçün daha konkret addımlar atması vacibdir
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS nümayəndələri ilə Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsini müzakirə edib.
Bu barədə Türkiyənin NTV telekanalı kəşfiyyat qurumundakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kalın İstanbulda HAMAS-ın Xəlil əl-Həyyanın rəhbərlik etdiyi siyasi bürosunun nümayəndə heyəti ilə görüşüb. Fələstin hərəkatının nümayəndələri İsrail tərəfindən atəşkəs pozuntuları barədə məlumat veriblər.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a deyib ki, qardaş Türkiyə, qarantor ölkələrdən biri kimi Fələstində baş verən prosesləri yaxından izləyir:

"Hazırda diqqət mərkəzində Qəzza zolağındakı vəziyyət dayanır. Bölgədə atəşkəs razılaşması əldə olunsa da, bu razılaşmaya tam şəkildə riayət olunmur. İsrailin son hücumları nəticəsində çox sayda fələstinli mülki şəxs həyatını itirib.
İsrail bu məsələdə HƏMAS-ı, HƏMAS isə İsraili günahlandırır. Yəni, bölgədə elə bir vəziyyət yaranıb ki, hər iki tərəf qarşılıqlı şəkildə bir-birini ittiham edir. Lakin buna baxmayaraq, təxminən bir ay əvvəlki vəziyyətlə müqayisədə atəşin müəyyən qədər səngidiyini müşahidə etmək mümkündür.
Bu prosesdə region ölkələrinin, o cümlədən Türkiyənin rolu böyükdür. Xüsusilə HƏMAS ilə Türkiyə arasında baş tutan görüşlər bu dövrdə olduqca vacib əhəmiyyət kəsb edir. Milli İstihbarat Təşkilatının (MİT) bu məsələdə birbaşa addım atmaq səlahiyyəti yoxdur, çünki bu, siyasi xarakter daşıyan bir prosesdir və diplomatik addımlar tələb edir".
Analitik qeyd edib ki, MİT rəhbərinin HƏMAS nümayəndələri ilə görüşməsi həm məlumatlandırma, həm də nəzarət baxımından Türkiyə dövləti üçün mühüm məqamdır:
"HƏMAS tərəfindən Türkiyəyə təqdim edilən məlumatlar, gələcəkdə Ankara tərəfindən atılacaq addımların daha əsaslı və məlumatlı olmasına imkan yaradacaq. Ümumilikdə isə, qarantor ölkələrin Qəzzada atəşkəsin pozulmaması və sülh prosesinin təhlükəyə düşməməsi üçün daha konkret və aktiv addımlar atması vacibdir".
Aynur Babazadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol