Arakçı təsdiqlədi: Uitkoffla birbaşa təmaslar bərpa olunub

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birbaşa təmaslar bərpa olunub.

Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı “Əl-Cəzirə”yə müsahibəsində deyib.

O qeyd edib ki, Uitkoffdan mesajlar alsa da, danışıqlar aparılmır:

“Bu, sadəcə birbaşa və ya regiondakı dostlarımız vasitəsilə mesaj mübadiləsidir".