Argentina xarici işlər nazirliyi ölkənin G20 sammitində qəbul edilmiş yekun sənədi dəstəkləmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin saytı vasitəsilə bəyanat verilib.
Bildirilib ki, “konsensus prinsipi pozulub və sənəddə yer alan geosiyasi məqamlarla bağlı ciddi fikir ayrılıqları mövcuddur”.
Nazirlik əlavə edib ki, bəyanat “forumun bütün üzvləri, o cümlədən Argentina və digər ölkələr” tərəfindən yekdilliklə təsdiqlənmiş kimi təqdim edilib və bu, ölkə üçün qəbuledilməzdir.