Argentina G20 sammitinin birgə bəyannaməni imzalamadı

Argentina hökuməti Yohannesburqda (CAR) keçirilən sammitdə qəbul edilən G20 liderlərinin birgə bəyannaməsini imzalamamaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bunu Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi açıqlayıb.

Nazirlik qərarın konsensus qaydalarının pozulması və mətndə göstərilən geosiyasi mülahizələrlə bağlı əhəmiyyətli fikir ayrılıqları səbəbindən verildiyini bildirib.

Xüsusilə, Xarici İşlər Nazirliyi vurğulayıb ki, Argentina Yaxın Şərqdəki münaqişəyə birtərəfli yanaşmadan narazı qalıb.