ABŞ-İsrail-İran gərginliyi 59-cu günündə davam edir, danışıqlarda isə qeyri-müəyyənlik qalır. ABŞ mediasının məlumatına görə, İran Hörmüz boğazı ilə bağlı Vaşinqtona yeni təklif təqdim edib.
Sherg.az xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Livanın cənubunda 50-dən çox binanı partladaraq dağıtdığını açıqlayıb. Rəsmi Təl-Əviv bu obyektlərin “Hizbullah”a məxsus olduğunu iddia edir və əməliyyatların davam edəcəyini bildirib.
Eyni zamanda, Livandan buraxılan pilotsuz uçuş aparatı səbəbindən İsrailin şimalında hava həyəcanı siqnalları verilib. İHA-nın zərərsizləşdirildiyi, hadisə zamanı xəsarət alan olmadığı açıqlanıb.
Digər tərəfdən, İran xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə görüşə hazırlaşır.