Avropa İttifaqı ( Aİ ) Litvanın hava məkanına hava şarlarının daxil olması ilə əlaqədar Belarusa qarşı yeni sanksiyalar hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen sosial şəbəkədə məlumat verib.
"Lukaşenko rejiminin hibrid hücumları tamamilə qəbuledilməzdir. Litva bizim tam həmrəyliyimizdən istifadə etməkdə davam edir. Biz Belarusa qarşı əlavə tədbirlər hazırlayırıq", - AK rəhbəri yazıb.
Oktyabr ayında Litva ölkənin hava məkanında tez-tez hava şarlarının görünməsini əsas gətirərək Belarusla sərhədi bir ay müddətinə bağlayıb. Vilnüs hava şarlarından qaçaqmalçılıq üçün istifadə edildiyini və mülki təyyarələr üçün təhlükə yaratdığını iddia edib. Buna cavab olaraq Belarus Litva və Polşada qeydiyyatdan keçmiş yük maşınlarının öz ərazisindən keçməsini qadağan edib.
Noyabrın 30-da Litvanın Xarici İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi Belarusda bloklanan yük maşınlarının geri qaytarılmasına kömək üçün Avropa Komissiyasına rəsmi müraciət edib.