
Avropa tribunasından həqiqət sədaları: Ermənistanın işğalı təsdiqləndi
10:46 14.04.2025
Dünya
556
Mübariz Göyüşlü: Kalinyakın etirafı regionda sabitlik üçün əhəmiyyətlidir
Slovakiyanın müdafiə naziri Robert Kalinyak bu ilin fevral və mart aylarında verdiyi müsahibələrində iki dəfə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini bildirib.
Bu barədə erməni mediası yazıb.
Xatırladılıb ki, fevral ayında yerli TA3 telekanalına müsahibəsində R.Kalinyak Qarabağa istinad edərək, Ermənistanın Azərbaycan ərazisini uzun illər işğalda saxladığını bildirib. Müsahibə fevralın 21-də Smer-SD partiyasının və Kalinyakın rəsmi Feysbuk səhifələrində yerləşdirilib.
Qeyd edilib ki, rəsmi İrəvan bu həqiqəti təkzib etməyə çalışmayıb.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi danılmaz bir faktdır:

"Slovakiyanın müdafiə nazirinin bu reallığı – yəni Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlamasını etiraf etməsi, beynəlxalq səviyyədə həqiqətlərin qəbul edilməsi baxımından müsbət bir hadisədir. İndiyə qədər bu məsələ əsasən Azərbaycan və onun yaxın tərəfdaşları tərəfindən gündəmə gətirilirdi. Bu gün isə artıq Avropa tribunasından da bu cür fikirlərin səsləndirilməsi, həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əhəmiyyətli bir mərhələ sayılır. Digər tərəfdən, Ermənistanın baş naziri Paşinyan da daxil olmaqla, erməni siyasətçiləri və media təmsilçiləri bu və ya digər şəkildə həqiqətləri etiraf etməyə məcbur qalırlar. Bu isə onların cəmiyyətini reallıqlarla barışdırmaq və daxili auditoriyanı mövcud vəziyyətlə üz-üzə qoymaq cəhdlərindən irəli gəlir. Nəticə etibarilə, həm regionda sabitliyin təmin olunması, həm də Ermənistanın daxili ictimai fikrinin dəyişməsi üçün bu etirafların mühüm təsiri var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol